Saat:15:02
Haqqımızda

"MHP də AKP ilə yollarını ayırsa, bir ilə kimi Türkiyədə iqtidar dəyişəcək" - XAQANİ CƏFƏRLİ

2024-04-25 12:45:05

"İstanbuldakı məlumatlı şəxslər hesab edirlər ki, 31 mart seçkilərindən sonra Dövlət Baxçalı Rəcəb Tayyib Ərdoğanla iqtidarı davam etdirməyin mümkün olmadığı qənaətinə gəlib, yollarını ayırmaq üçün ictimai rəyi hazırlayır"

"Türkiyədəki iqtidarın iki əsas sütutunundan biri olan Milliyətçi Hərəkat Partiyasının (MHP) başkanı Dövlət Baxçalının parkda təkbaşına gəzintisinin görüntülərinin Fərdi Tayfurun məşhur "Söyleten Sensin" mahnısının müşayiəti ilə videorolik kimi MHP-nin sosial şəbəkə hesablarından yayılması geniş əks-səda doğurub". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun fikrincə, bu, MHP-nin iqtidarla yollarını ayırmaq istəyinin ikinci mesajı hesab olunur: "Bu videonun yayılmasından iki gün öncə Dövlət Baxçalı maliyyə və xəzinə naziri Mehmet Şimşəyin ABŞ-da Beynəlxalq Valyuta Fondunun Bahar Toplantıları çərçivəsində qatıldığı paneldə Türkiyə vətəndaşlarından bəhs edərkən “yerli xalq” ifadəsini işlətməsinə kəskin reaksiya verərək bunun türk millətini dəyərsizləşdirməyə xidmət edən bədnam zehniyyət adlandırmışdı. İstanbuldakı məlumatlı şəxslər hesab edirlər ki, 31 mart seçkilərindən sonra Dövlət Baxçalı Rəcəb Tayyib Ərdoğanla iqtidarı davam etdirməyin mümkün olmadığı qənaətinə gəlib, yollarını ayırmaq üçün ictimai rəyi hazırlayır. İslamçı Yenidən Rifah Partiyasının ardınca MHP də AKP (Ədalət və İnkişaf Partiyası) ilə yollarını ayırsa, bir ilə kimi Türkiyədə iqtidar dəyişəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.687510