Saat:12:01
Haqqımızda

"Naxçıvan özəl yerdir, orada 37 yaşlı, ingilis/rus dilli "şəhər uşağının" baş çıxartması müşkül işdi - NATİQ CƏFƏRLİ

2024-04-25 14:04:39

"Qarabağ məsələsinin tam həllindən sonra Naxçıvan Muxtar Respublikasının statusunun qalmasına ehtiyac yoxdur, unutar ölkə məntiqi ilə bu status ləğv edilməlidir"

"Tələbə bnazir də gördük. Naxçıvan Muxtar Respublikasının (NMR) Ali Məclisin qərarı ilə Ceyhun Cəlilov NMR-nın yeni baş naziri təyin olunub. Ceyhun müəllim hələ də oxuyur, İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA- Chartered Institute of Management Accountants) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir. Təqdiralayil addımdır, oxumağı deyirəm, amma Naxçıvan özəl yerdir, orada 37 yaşlı, ingilis/rus dilli “şəhər uşağının” baş çıxartması müşkül işdi". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloq hesab edir ki, Qarabağ məsələsinin tam həllindən sonra NMR-ın statusunun qalmasına ehtiyac yoxdur, unutar ölkə məntiqi ilə bu status ləğv edilməlidir: "Naxçıxan iqtisadi rayonu (Yeni yaranmış 14 iqtisadi rayonun biri də Naxçıvandır) inzibati-ərazi vahidinə çevrilməli, ora prezidentin şəxsi nümayəndəsi dövlət işlərinə nəzarət üçün təyin edilməli, gündəlik idarəetmə müxanizmləri isə Naxçıvan ərazisindəki şəhər-rayonların seçilmiş bələdiyyə başqanalrına həvalə edilməlidir. Yəni, yenə gəlirik konstitusiya dəyişkliklərinə. Məncə, Ana Yasa islahatları artıq zərurətə çevrilib, çünki məsuliyyət və səlahiyyət “xəttləri” tam bir-birinə qarışıb. Məsələn, Prezidentin Naxçıvan Muxtar Respublikası üzrə şəxsi nümayəndəsi var, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri və baş naziri də var. Yaxşı, indi kim-kimə tabedir, kimin məsuliyyəti hara qədərdir, kimin səlahiyyəti harada başlayıb harada bitir? Bu sulların cavabı aydın deyil. Bu isə ölkə üzrə bütün regionların idarəetmə sistemində boşluqların olmasını göstərir".

Natiq Cəfərli əlavə edib ki, bu gün ölkənin sosial-iqtisadi problemlərinin həlli yolu ancaq sistem və iradəetmə islahatlarından keçir, başqa yol yoxdur: "Bu addımsız problemlər həll olunmayacaq, bunun üçün isə konstitusiya islahatları vacibdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000078