Saat:13:52
Haqqımızda

Simonyan: "Delimitasiyaya etiraz edənlər sülhməramlıların qalmasını istəyirlər"

2024-04-25 16:38:47

Simonyan:

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla sərhədlərin delimitasiyasının başlanmasına qarşı çıxan etirazçıları tənqid edib.
Sİmonyan deyib: "İndi isə başa düşmək istəyirəm ki, bu etiraz edənlərin hamısı müharibə vaxtı nə ilə məşğul olublar? Heç nə ilə. İndi isə boşboğazlıq edirlər. İndi onların məqsədi həm də üçüncü ölkənin təhriki ilə Ermənistanla Azərbaycan arasında münaqişə alovlandırmaqdır ki, münaqişələri həll edən qüvvə və sülhməramlılar meydana çıxsınlar. Bizə sülhməramlılar lazım deyil. Bizə öz sərhədlərimizə özümüzün nəzarət eləməyimiz lazımdır. Bu proseslərdən qazanc götürmək istəyənlərin əlinə bir şey keçməyəcək, onlar itirənlərdən olacaqlar. Onların cəmiyyətə deyəcək sözləri yoxdur, onlar kənardan diqtə edilənləri söyləyirlər. Ermənistan vətəndaşları bunu gözəl başa düşürlər".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.159207