Saat:17:55
Haqqımızda

Zaxarova: "İrəvan əraziləri özü qaytarır, KTMT-ni təqsirkar bilir"

2024-04-25 15:36:14

Zaxarova:

Hurriyyet.az xəbər verir ki, RF XİN rəsmi təmsilçisi İrəvanın KTMT-ni tənqid etməsinə cavab olaraq deyib: "Erməni rəhbərliyi yaşayış məntəqələrini Azərbaycana qaytarmaq qərarını özü verib. Ermənistan rəhbərliyi özü etiraf edir ki, Azərbaycanla sərhədlərin delimitasiyasını aparmaq lazımdır".
Zaxarova bu sözləri İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövqeyi ilə bağlı tənqidinə şərh verərkən söyləyib və Ermənistanın KTMT-ni aşkar tənqid eləməsindən təəssüfləndiyini söyləyib. 
Onun sözlərinə görə, KTMT katibliyi təşkilatın nizamnaməsindəki prinsiplərinə və məqsədlərinə tam müvafiq şəkildə respublika qarşısındakı bütün öhdəliklərini saxladığını bildirib.
Zaxarova deyib: "Heç kim Ermənistan ərazisinin KTMT-nin məsuliyyət zonasına daxil olduğunu şübhə altında qormur. Ermənistan-Azərbaycan sərhədi məsələsində bildirimiz kimi, həm Bakı, həm də İrəvan 1991-ci ilin Almatı bəyannaməsini rəhbər tuturlar".
Zaxarova söyləyib ki, İrəvan özü mübahisəli ərazilər, anklavlar məsələlərinin həll edilməli olduğunu etiraf edir.  Diplomat deyib: "Ermənistan rəhbərliyinin özünün müyəyyən yaşayış məntəqələrini Azərbaycana verməyi qərara aldığı halda, KTMT-yə necə hərəkət eləməyi əmr verərdiniz? Yoxsa, burada da günahkar KTMT-dir?"
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.163339